Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

ABŞ-da göydən dollar “yağışı yağdı” - VİDEO

Yayınlanma tarixi: 11.07.2019 13:29:27

ABŞ-da yola böyük məbləğdə pul səpələnib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Corciya ştatında hərəkətdə olan pul daşıyan zirehli avtomobilin yan qapısı açılıb və nəticədə də içəridəki pullar yola səpələnib.

Yerli polis rəsmisi Robert Parsons bildirib ki, söhbət “böyük” məbləğdən gedir. O qeyd edib ki, bu cür hadisələri daha öncə yalnız filmlərdə görüb.

Şahidlərin sözlərinə görə, bəzi sürücülər yoldakı pulları götürmək üçün avtomobillərini belə dayandırıblar. Parsons bildirib ki, həmin insanlar götürdükləri pulu qaytarmalı olacaqlar.

Polis gələnədək isə artıq həmin sürücülərin əksəriyyəti hadisə yerindən uzaqlaşmışdı.

Yuxarı