Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

ABŞ: Bir neçə həftəyə Suriyadan çıxmağa başlayacağıq

Yayınlanma tarixi: 11.02.2019 17:41:04

Bu haqda ABŞ MN rəsmisi danışıb.

İslamazeri.com-un “Reuters”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının başçısı Cozef Votel bildirib ki, ABŞ-ın quru qoşunlarının Suriyadan çıxarılması, çox ehtimal ki, yaxın həftələr ərzində başlayacaq.

“Lakin, təkrar edirəm, hər şey bölgədəki vəziyyətdən asılı olacaq. Düşünürəm ki, biz istədiyimiz müddət ərzində bunu edə biləcəyik”, - deyə o qeyd edib.

Xatırladaq ki, daha öncə KİV-lər ABŞ-ın Aprel ayının sonunadək Suriyadakı qoşunları tam çıxaracağını yazmışdı.

Qeyd edək ki, ABŞ 2018-ci il 19 Dekabrda Suriyadakı qoşunlarını çıxaracağını elan edib.

Yuxarı