Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

ABŞ: 2,5 ilə Şimali Koreyanı silahsızlaşdıracayıq!

Yayınlanma tarixi: 14.06.2018 15:38:37

“Mən əminəm ki, onlar dəqiq və əsaslı yoxlamanın olacağını anlayırlar.

İslamazeri.com-un “Associated Press”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, rəsmi Vaşinqton Donald Trampın prezidentlik müddətinin sonunadək Şimali Koreyanın “nəzərəçarpacaq qədər” nüvəsizləşdiriləcəyinə ümid edir.

Beləliklə, söhbət təxminən 2,5 ildən gedir.

Pompeonun sözlərinə görə, əgər Şimali Koreya öz arzusu ilə nüvə proqramına dair danışıqları dayandırsa, ABŞ Cənubi Koreya ilə olan hərbi təlimləri yenidən başladacaq.

“Mən əminəm ki, onlar (- Şimali Koreya) dəqiq və əsaslı yoxlamanın olacağını anlayırlar.”, - deyə o əlavə edib.

Xatırladaq ki, daha öncə Tramp demişdi ki, Şimali Koreya tərəfindən daha nüvə təhdidi yoxdur.

Qeyd edək ki, tarixdə ilk ABŞ-Şimali Koreya sammiti iyunun 12-si Sinqapurda baş tutmuşdu.

Yuxarı