Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

7 müsəlman ölkəsi dünyanın ən güclü 25 dövləti siyahısında

Yayınlanma tarixi: 12.07.2018 13:29:30

“Reuters” beynəlxalq informasiya agentliyi dünyanın 25 “ən güclü və nüfuzlu” dövlətlərinin siyahısını dərc edib.

İslamazeri.com xəbər verir ki, “Reuters” beynəlxalq informasiya agentliyi dünyanın 25 “ən güclü və nüfuzlu” dövlətlərinin siyahısını dərc edib.

1-ci yerdə ABŞ, 2-ci yerdə Rusiya, 3-cü yerdə isə Çin qərarlaşıb. Almaniya və Böyük Britaniya isə müvafiq olaraq 4 və 5-ci yerləri tutublar.

Reytinqə Səudiyyə Ərəbistanı, BƏƏ, İran, Türkiyə, Qətər, Pakistan, Misir kimi müsəlman dövlətləri də daxil olublar.

Ekspertlər reytinqi tərtib edərkən siyasi, iqtisadi və hərbi qüdrəti, həmçinin dövlətin siyasətinə təsir edən mümkün xarici təsirlər, onun regiondakı rolu və xalqın liderinin şəxsiyyəti də nəzərə alıblar.

25 ölkədən ibarət tam siyahı isə belədir:

ABŞ, Rusiya, Çin, Almaniya, Böyük Britaniya, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Kanada, İran, Türkiyə, Hindistan, Avstraliya, İsverçə, İtaliya, İsveç, Qətər, Niderland, Pakistan, İspaniya, Sinqapur, Misir.

Yuxarı