Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

228 illik qəzalı məscid təmir ediləcək - FOTO

Yayınlanma tarixi: 09.11.2019 11:39:00

Lahıcdakı acınacaqlı vəziyyətdə olan Bədöyün məscidinin əsaslı təmirinə qərar verilib.

Lahıcdakı acınacaqlı vəziyyətdə olan Bədöyün məscidinin əsaslı təmirinə qərar verilib.

Oxu.Az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məlumat yayıb. 

Oktyabr ayının 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Lahıca səfər edib. Lahıclılarla görüş zamanı qəsəbənin ağbirçək sakini Püstə Əliyeva Mehriban xanıma Bədöyün məscidinin acınacaqlı vəziyyətdə olması haqqında məlumat verib.

Sözügedən məscidi ziyarət edən Birinci xanım abidənin dərhal təmir edilməsi haqqında tapşırıq verib.

Tapşırıq əsasında noyabr ayının 1-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində, Bədöyün məscıdində arxeoloji tədqiqat işlərinə başlayıb.

Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış memoranduma əsasən, abidədə təmir işlərinə başlamazdan əvvəl arxeoloji tədqiqat işləri aparılmalıdır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyasının rəisi t.ü.f.d. Akif Quliyevin məlumatına görə, Bədöyün məscidində aparılan araşdırmalar abidənin tikilmə tarixi, ilkin memarlığı kimi məsələlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, abidə 1791-ci ildə inşa edilib. Abidənin üzərində səkkiz kitabə var. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri 1295-ci il (1878-ci il) və hicri 1323-ci (1905-ci il) tarixləri qeyd edilib.

Qalereya

img
img
img
img
img
img
Yuxarı