Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

2 nəfər "AİP işi" və 2 nəfər "Gəncə işi"lə bağlı həbs edilənlərdən 4 nəfər azadlığa çıxıb - Hüquq Müdafiəçisi

Yayınlanma tarixi: 12.01.2021 17:49:39

8-12 yanvar 2021-ci il tarixlərində aşağıdakı 4 siyasi məhbus təyin edilmiş cəza müddətləri bitdiyi üçün azadlığa çıxıblar

İslamazeri.com xəbər verir ki, bu barədə Hüquq müdafiəçis Rəsul Cəfərov özünün sosial şəbəkə profilində məlumat verib.
"1. Dəyanət Səmədov, 2. Firdovsi Məmmədrzayev (hər ikisi İslam Partiyası işi), 3. Elvin Nəzərov, 4. Renat Məmmədov (hər ikisi Gəncə işi).
Beynəlxalq təşkilatların da qəbul etdiyi siyahı üzrə hazırda 88 nəfər qalır. Onlardan 3 ömürlük məhbus - Qarabağda döyüşlərdə fəal iştirak etmiş keçmiş OMON-çuların azad edilməsi üçün artıq müraciət etmişik. Digər şəxslərin də azadlığa buraxılması xahişi ilə geniş müraciət hazırlayırıq. Hesab edirik ki, siyasi məhbus məsələsi tam olaraq həll edilərək birdəfəlik gündəmdən çıxmalıdır.", -deyə hüquq müdafiəçisi bildirib.

Yuxarı